AZ

İrəvanla Ankara arasında birbaşa dialoq gedir – Ermənistanın baş naziri Nikol Paşinyan

Hazırda İrəvanla Ankara arasında birbaşa dialoq gedir.

Editor.az bildirir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərlə söhbətində deyib. “Münasibətlərimizin əvvəlki dövrünü nəzərə alsaq, bu, çox mühüm dəyişiklikdir. Əvvəllər biz öz fikirlərimizi qarşılıqlı şəkildə konkretləşdirmək imkanından məhrum idik”, – Nikol Paşinyan bildirib.

O, Ermənistanla Türkiyə arasında əlaqələrin qurulmasının qatarlar və avtomobillər üçün sərhədlərin açılmasını, biznes sahəsində təmasların olmasını nəzərdə tutduğunu deyib. Hazırda ölkələr arasında əsasən dolayı əlaqə mövcuddur. Münasibətlərin qurulması prosesi dinamikdir və İrəvan bunun üçün ciddi səylər göstərir. Paşinyan qeyd edib ki, gələcək əlaqələr hər iki ölkənin hakimiyyətinin siyasi iradəsindən asılı olacaq.

//Samir Qurbanov, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr