AZ

ABŞ Rusiya Federasiyasının neft, qaz və bank sektorlarına qarşı sanksiyaları sərtləşdirir

ABŞ Rusiyanın neft, qaz və bank sektorlarına qarşı sanksiyaları sərtləşdirir, onların Amerika ödəniş sistemlərinə çıxışını məhdudlaşdırır. Bu barədə “CBC News” məlumat yayıb.

Çərşənbə günü ABŞ Maliyyə Nazirliyi, Bayden administrasiyası tərəfindən sanksiyalara məruz qalan Rusiya banklarının iştirak etdiyi bəzi enerji əməliyyatlarının davam etdirilməsinə imkan verən yanvar ayında tətbiq etdiyi 60 günlük azadlığa son verdi. İndi bu banklar böyük enerji əməliyyatları aparmaq üçün Amerika ödəniş sistemlərindən istifadə edə bilməyəcəklər.

Amerika bank sistemlərinə girişin məhdudlaşdırılması digər ölkələrin Rusiya neftini almasını çətinləşdirir və bu, qiymətlərin bir barelinin 5 dollar artmasına səbəb ola bilər.

Sanksiyaların sərtləşdirilməsi Donald Tramp administrasiyasının Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün təklif olunan 30 günlük atəşkəslə razılaşmağa Rusiyanı inandırmağa çalışdığı vaxta təsadüf edir.

Almaz Həsənli

Seçilən
4
oxumeni.az

1Mənbələr