KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyununda “İnter Mayami” “Kavaler”lə qarşılaşıb.
Apasport.az xəbər verir ki, Amerika klubu 2:0 hesablı qələbəni bayram edib.
Luiz Suarez matçın 37-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsindən komandasının ilk qoluna imza atıb.
Beləliklə, 38 yaşlı hücumçu ardıcıl 5-ci oyunda qola töhvə verib. Ümumilikdə onun aktivində 4 qol və 5 məhsuldar ötürmə var.
Qeyd edək ki, uruqvaylı 2024-cü ilin qışında "İnter Mayami"yə keçib. Təcrübəli hücumçu Amerika klubu ilə 2025-ci ilin dekabr ayının sonuna qədər müqavilə imzalayıb.
"Milan"ın baş məşqçi postuna 5 namizəd
Messi 3 oyunluq fasilədən sonra meydana qayıtdı, fərqləndi
“Reyncers” azarkeşlərindən təqdirəlayiq addım
“Real”ın müdafiəçisi zədələnib
“Barselona” İspaniya millisinin üzvü ilə müqavilə yeniləyib