AZ

Amorim MY-nin 1/4 finala darmadağınla yüksəlməsini belə şərh etdi

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim Avropa Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında "Real Sosyedad"ı 4:1 darmadağın edərək (ilk oyun 1:1) 1/4 finala yüksəlmələrinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin sözlərini "The Guardian" belə çatdırıb:

"Həftə çox gərgin keçdi. Biz gələcəkdə nəyə qadir olacağımızı göstərdik. Komanda xüsusilə fiziki planda möhtəşəm çıxış etdi. Avropa Liqasında hər şey fərqlidir. Bu turnirdə fiziki baxımdan "axsamırıq". Geridə ağır, amma uğurlu həftə qaldı".

Xatırladaq ki, MY 1/4 finalda "Olimpik Lion" ilə üz-üzə gələcək.

Nihat

Seçilən
1
fanat.az

1Mənbələr