AZ

Ayxan Abbasov: “Böyük seleksiya işi aparacağıq”

“Belə bir məsuliyyətli işi mənə etibar etdiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm”.

Msport.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ayxan Abbasov deyib.

43 yaşlı mütəxəssis təyinatı ilə bağlı AFFA-nın rəsmi saytına açıqlama verib: “Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir. Qarşımıza çox böyük iş düşür. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və A millimizə namizəd olmasıdır. İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”.

Qeyd edək ki, U-21 millimizin yeni baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.

Seçilən
3
12
msport.az

10Mənbələr