AZ

ABŞ məhkəməsi 18 federal departamentin qovulan işçilərinin işinə bərpa olunmasına qərar verib

ABŞ məhkəməsi 18 federal departamentin qovulan işçilərinin işinə bərpa olunmasına qərar verib

Merilend ştatının hakimi Ceyms Bredar, 18 federal dövlət qurumunda işdən çıxarılan, sınaq müddəti olan on minlərlə işçinin müvəqqəti işlərinə bərpa olunması ilə bağlı qərar çıxarıb. AFN.az xarici mediaya istinadən xəbər verir ki, Bredarın sərəncamının əhatə etdiyi departamentlərə Xəzinədarlıq, Kənd Təsərrüfatı, Ticarət, Təhsil, Enerji, Səhiyyə və İnsan Xidmətləri, Daxili Təhlükəsizlik, Əmək və Nəqliyyat Departamentləri daxildir. Pentaqonun adı siyahıda yoxdur, çünki məhkəmə hərbi idarədə qeyri-qanuni işdən çıxarılmalarla bağlı kifayət qədər sübut tapmayıb. Kaliforniya hakimi Uilyam Alsup də prezident Donald Trampın hökumətin puluna qənaət etmək üçün federal iş yerlərini ixtisar etmək planına əsasən onları işdən çıxaran altı federal agentliyin sınaq müddəti ərzində işləyən işçiləri haqqında oxşar qərar çıxarıb. Hakimlər bildiriblər ki, hökumət kütləvi ixtisarları həyata keçirməklə qanunsuz hərəkət edib.Bredar Kolumbiya, Merilend və digər 18 ştatdan olan 20 Demokrat baş prokurorun qaldırdığı işə 14 gün ərzində baxıb. Onların fikrincə, federal strukturlar sınaq müddətində olan, bir-iki il işləyən işçiləri aldadıblar ki, onlar işlərinin keyfiyyətinə görə işdən çıxarılırlar, əslində isə məmurlar işçiləri qiymətləndirmir, ştatları ixtisar etməyə çalışırlar. Bundan əlavə, qanunun tələb etdiyi kimi, əyalət hökumətlərinə genişmiqyaslı ixtisarlar barədə əvvəlcədən məlumat verilməyib. Tramp administrasiyası artıq hər iki işdən şikayət edib.

Seçilən
4
afn.az

1Mənbələr