İstehlakçı mağazalardan birindən paketlənmiş çörək aldıqdan sonra məlum olub ki, məhsulun üzərində çəki yanlış göstərilib.
Belə ki, istehsalçılardan birinə məxsus çörəyin paketi üzərində məhsulun çəkisi 500 qram göstərilsə də, 400 qram civarında olduğu müəyyən edilib.
News365.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı bildirib.
O qeyd edib ki, Agentlik tərəfindən sahibkar barəsində qanuna müvafiq tədbirlər görülüb və nəticədə satışda olan bu çörəklər istehlak bazarında yığışdırılıb.