AZ

Mirzoyan sülh sazişinin qüvvəyə minəcəyi təqdirdə Aİ-nin Müşahidə Missiyasının fəaliyyəti məsələsinə aydınlıq gətirib

"Azərbaycanla sülh sazişinin imzalanması və qüvvəyə minməsindən sonra biz öz avropalı tərəfdaşlarımızla mülki missiya ilə bağlı qarşılıqlı məqbul və faydalı qərarları müzakirə edəcəyik".

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı məlumat verib. 

“Aİ-nin Müşahidə Missiyası bizim təklifimizlə və xahişimizlə yerləşdirildi. Məqsəd Ermənistanla Azərbaycan arasında sərhədin, eyni zamanda sərhədyanı rayonların sabitliyini və sülhü təmin etmək və təşviq etməkdən ibarətdir”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
1
missiya.az

1Mənbələr