AZ

Putin Trampa hansı siqnalları verdi?

Ukraynada atəşkəslə bağlı Kremldən verilən açıqlamada Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff ilə gecə saatlarında telefon danışığı apardığı bildirilib.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putin Vitkoff vasitəsilə Trampa siqnallar verib.

News24.az xəbər verir ki, Peskov Putinin ABŞ-ın Ukrayna ilə bağlı fikirləri ilə bağlı Vitkoffdan məlumat aldığını da bildirib.

Peskov açıqlamasında atəşkəs planı ilə bağlı “ehtiyatlı nikbinlik” üçün əsasların olduğunu bildirib və hər iki tərəfin belə bir çağırışın lazım olduğunu anladığını bildirib.

Digər tərəfdən o, Putinin ümumiyyətlə Trampın münasibəti ilə həmrəy olduğunu, lakin görüləcək çox iş olduğunu bildirib.

Peskov qeyd edib ki, Rusiya və ABŞ Tramp-Putin telefon danışığının vaxtını Vitkoff Moskvada əldə etdiyi məlumatları Trampa çatdırdıqdan sonra müəyyən edəcək.

Günel Məlikzadə

Seçilən
3
news24.az

1Mənbələr