AZ

Saleh Məmmədov Naftalan, Goranboy və Xocalı sakinlərini qəbul edib

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Naftalan şəhərində vətəndaşları qəbul edib.

"İki sahil" agentliyə istinadən xəbər verir ki, qəbulda Naftalan şəhəri ilə yanaşı Goranboy və Xocalı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Seçilən
6
2
ikisahil.az

3Mənbələr