AZ

Ayxan Abbasov: “Azərbaycanın ikinci komandasında işləmək şərəfdir”

Ayxan Abbasov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi seçilib.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Ayxan Abbasov təyinatı ilə bağlı təəssüratlarını bildirib.

Operativ Media xəbər verir ki, o, bu haqda AFFA-nın saytına danışıb.

“Belə bir məsuliyyətli işi mənə etibar etdiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir. Qarşımıza çox böyük iş düşür. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və A millimizə namizəd olmasıdır. İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”.

Qeyd edək ki, U-21 millimizin yeni baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.

Seçilən
1
12
operativmedia.az

10Mənbələr