AZ

Bakıda açıq havada istirahət edə biləcəyiniz məkanlar - SİYAHI

İstirahət mərkəzlərinə giriş qiymətləri 2 - 5 AZN təşkil edir.

Yazın gəlişi paytaxt sakinlərini istirahət üçün yaşıllığa, təbiətlə iç-içə olan məkanlara üz tutmağa sövq edir. Gündəlik həyatın sürəti və şəhərin səs-küyündən uzaqlaşıb təmiz hava almaq, ailə və dostlarla dincəlmək üçün Bakıda kifayət qədər gözəl parklar və təbiət mənzərəli istirahət məkanları mövcuddur. Şəhərin müxtəlif nöqtələrində yerləşən bu məkanlar istirahət üçün geniş imkanlar yaradır.

Operativ Media Bakının yaşıllıqlarla əhatələnmiş ən gözəl parklarını və təbiət mənzərəli istirahət mərkəzlərini araşdırıb. 

Mərkəzi Nəbatat Bağı: Əsaslı yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Mərkəzi Nəbatat Bağına giriş 2 AZN-dir. Tələbələr üçün giriş isə 50 qəpik təşkil edir. 

Ömər atçılıq mərkəzi: Mehdiabad qəsəbəsində yerləşir. Giriş 5 AZN-dir. 3 yaşına kimi uşaqlara giriş pulsuzdur. Hər gün 10:00-dan 20:00-dək fəaliyyət göstərir. İstirahət mərkəzində müxtəlif restoranlar da mövcududr. Burada ponilər və atlarda gəzinti 10 AZN təşkil edir.

Binə atçılıq mərkəzi: Bakının Binə qəsəbəsində yerləşir. Giriş ödənişsizdir. Atçılıq sahəsi 10:00-17:00 aralığında açıq olur. Mərkəzdə restoranlar da mövcudur.

Balıqlıgöl ailəvi istirahət mərkəzi - Bakıda Qala yolunun üzərində yerləşir. Giriş 5 AZN-dir. İsitrahət mərkəzində 5 litr samovar 10 AZN, uşaqlar üçün nəzərdə tutulmuş “Survivor” bir saatı 5 AZN, limitsiz isə 10 AZN təşkil edir. Katamaranın 15 dəqiqəsi 5 AZN-dir

Mərkəzi park - Keçmiş “Sovetski” adlanan ərazidə salınan parkın ümumi sahəsi 35,4 hektara çatdırılıb. Ümumilikdə parkın bu hissəsinin 7,4 hektarında 19 növdə 3 min 500 ağac, 25 mindən çox gül bitkiləri əkilib.

Çəmbərəkənd parkı - Paytaxtın Həsən Seyidbəyli küçəsində yerləşir. 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü mövcuddur. Parkda müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb. Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənib, 50 mindən çox müxtəlif növ ağac və güllər mövcuddur.

Seçilən
16
operativmedia.az

1Mənbələr