AZ

“Sülh Ermənistan üçün yeganə mövcudluq formasıdır” - Mirzoyan

“Azərbaycanla sülh və münasibətlərin normallaşması Ermənistan Respublikasının maraqlarına uyğundur”.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

“Ermənistan Respublikası üçün yeganə mövcudluq forması sülhdür", - deyə siyasətçi vurğulayıb.

Mirzoyan qeyd edib ki, həllini tapmış məsələlərlə yanaşı, həllini gözləyən məsələlər də var:

“Əlbəttə, elə məsələlər var ki, bizimlə onların fərqli baxışı var. Onların tələbləri var, amma biz onları bölüşmürük. Bizim tələblərimiz, gözləntilərimiz də var ki, onlar onu bölüşmürlər. Elə məsələlər var ki, onların üzərində əbədi olaraq birlikdə işləyəcəyik, lakin onlar həll olunmaya bilər”, - deyə siyasətçi bildirib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
3
missiya.az

1Mənbələr