AZ

Hafiz Səfixanov: Süni intellektə əsaslanan silahlar bəşəriyyət üçün ciddi təhlükə yaradır

Dünyanın texnoloji cəhətdən inkişaf etmiş ölkələri süni intellektə əsaslanan ölümcül silah sistemləri üzərində aktiv şəkildə çalışırlar. Bu tip silahlar insan faktorunu nəzərə almadan avtonom şəkildə qərar qəbul edərək hərbi əməliyyatları həyata keçirir.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov QHT.az-a açıqlamasında bildirib ki, bu cür silahların inkişafı bəşəriyyət üçün ciddi etik, texniki, hüquqi və təhlükəsizlik problemləri yaradır:

"Ekspertlər bildirirlər ki, heç bir ölkə bu cür robot silahların gözlənilməz kütləvi hücumu qarşısında dayana bilməyəcək. Çünki bu tipli silahlar insanlardan daha tez hədəfi müəyyən etmək və məhv etmək bacarığına malik olacaq. Həmçinin bu silahların fəaliyyətinə insanlarda güclü inkişaf etmiş özünümüdafiə instinkti kimi faktorlar da maneə ola bilməyəcək. Beləliklə robot silahların yaradılması və istifadəsi çoxsaylı etik, texniki, hüquqi və təhlükəsizlik problemləri yaradacaq. İnsan müdaxiləsi olmadan, özü idarə olunan süni zəka silahları bəşəriyyət üçün faciəli nəticələrə gətirib çıxaracaqdır".

Hafiz Səfixanov həmçinin bildirib ki, bütün bunları nəzərə alaraq bəzi dövlətlərin hökümətləri, QHT-lər, süni zəka sistemlərinin yaradılması ilə məşgul olan müxtəlif şirkətlər bütün dünyada süni intellektə əsaslanan silahların istehsalı və inkişafına qarşı mübarizə aparmaq və hüquqi tənzimləyici sənədin hazırlanması üçün çağırışlar edirlər:

"Artıq bir neçə ildir ki, BMT strukturları çərçivəsində 100-dən artıq dövlətin iştirakı ilə diplomatik müzakirələr aparılır. 26 Nobel Sülh Mükafatçısı bu prosesdə iştirak edir. BMT-nin Baş Katibi dövlətləri 2026-cı ilə qədər müqavilə bağlamağa çağırıb. Bununla əlaqədar BMT Baş Assambleyası xüsusi qətnamə qəbul etmişdir ki, orda qeyd olunur ki, istənilən sonrakı gecikmə beynəlxalq ictimaiyyətin süni intellektə əsaslanan silah sistemlərinin yaratdığı ciddi və təcili risklərdən qorunmaq qabiliyyətini əhəmiyyətli dərəcədə sarsıdacaq. “Qoşulmama Hərakatı” BMT Baş Assambleyasının sessiyasında bildirdi ki, ölümcül avtonom silahların qarşısını alacaq hüquqi tənzimləyici bir sənədə ciddi ehtiyac vardır".

 

Ardı var...

 

Pərvanə Fərhadqızı

Seçilən
2
5
qht.az

6Mənbələr