AZ

Senatorlar etiraz etdi: Mask öz şirkətini Trampla reklam edir, ARAŞDIRILSIN!

ABŞ-ın dörd Demokrat senatoru Tesla avtomobillərinin nümayiş olunduğu Ağ Evdə ABŞ prezidenti Donald Tramp və onun yaxın müttəfiqlərindən biri, dünyanın ən zəngin adamı İlon Maskın təşkil etdiyi tədbirlə bağlı araşdırma aparılmasını tələb ediblər.

Turkustan.az xəbər verir ki, demokrat senatorlar Elizabeth Warren, Adam Schiff, Cory Booker və Richard Blumenthal ABŞ-ın İctimai Etika Ofisinin (OGE) direktoru vəzifəsini icra edən Duqlas Kollinsə yazdığı məktubda Trampın Maskla kameralar qarşısına çıxmasını və Ağ Evin qazonunda Tesla avtomobilləri ilə poza verməsini tənqid ediblər.

Senatorlar Maskın Trampla yanaşı hökumətdəki vəzifəsindən istifadə etdiyi Tesla şirkətinin məhsullarını tanıtmaq istədiyini iddia edib və məsələnin araşdırılmasını tələb ediblər.

Bildirək ki, martın 12-də Tramp Mask ilə kameralar qarşısına keçib və Ağ Evin bağçasına gətirilən Tesla avtomobilləri ilə poza verib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
14
turkustan.az

1Mənbələr