AZ

Paytaxtın ayrı-ayrı rayonlarında silah-sursat aşkarlandı

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahlarınəməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsiistiqamətində tədbirlər davam etdirilir.

Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri növbətitədbirlər nəticəsində Səbail rayonu ərazisində 1 qumbara, 1 avtomatsilahı, 1 patron darağı və 10 patron tapılaraq götürülüb.

Nəsimi və Nərimanov rayonlarında isə 2 nəfər 2 avtomat silahı və5 patronu könüllü olaraq polisə təhvil veriblər.

Araşdırmalar aparılır.

Məqalədə:
Seçilən
5
az.trend.az

1Mənbələr