Bakı.Trend:
Orta gücə malik dövlətlər beynəlxalq idarəetməyə əhəmiyyətlidərəcədə təsir göstərə, həmçinin qlobal koalisiyalarınyaradılmasında mühüm rol oynaya bilər.
Trend xəbər verirki, bunu Avstriyanın 2000–2004-cü illərdə Xarici İşlər naziri,2004–2009-cu illərdə Avropa İttifaqının Xarici Əlaqələr və QonşuluqSiyasəti üzrə komissarı, 2009–2010-cu illərdə isə Aİ Ticarət vəQonşuluq Siyasəti üzrə komissarı olmuş Benita Ferrero-Valdner XIIQlobal Bakı Forumu çərçivəsində keçirilən “Yeni dünya nizamındaorta güclər” mövzusunda panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, orta gücə malik dövlətlər mühüm regionaltəsirə və strateji müstəqilliyə sahibdirlər ki, bu da onlarınaparıcı dünya gücləri ilə çoxtərəfli əlaqələr qurmasına şəraityaradır, eyni zamanda həmin güclərin təzyiqinə tabe olmadanmüstəqilliklərini qorumalarına imkan verir. Bu beynəlxalqdanışıqlara təsir etmək və qlobal idarəetmə strukturlarına töhfəvermək üçün imkanlar yaradır.
“Orta gücə malik dölətlər beynəlxalq idarəetməni dəyişdirə,qlobal idarəetməyə inamın bərpasına əhəmiyyətli töhfə verə bilərlərki, bu da siyasi böhrn və çoxqütblü dünya şəraitində xüsusiləvacibdir”,- deyə o qeyd edib.
Ferrero-Valdner vurğulayıb ki, belə ölkələr inkişaf etməkdə olandövlətlər və BRİKS, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB)kimi alternativ institutlarla koalisiyalar yarada bilər ki, bu daiqtisadi və təhlükəsizlik əməkdaşlığı üçün yeni imkanlar açır.