“Düşünürəm ki, belə taleyüklü məsələlərdən danışarkən tələblərin sayına görə mühakimə yürütmək yersizdir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu martın 14-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumətin 2024-cü il üçün proqramının icrası ilə bağlı müzakirələr zamanı “Ermənistan” fraksiyasının deputatı Kristine Vardanyanın Azərbaycanın danışıqlar prosesində hansı güzəştlərə getməsi ilə bağlı sualını cavablandırarkən deyib.
“Bu baş verir, mən bunu istisna etmirəm, amma ümumilikdə diqqətimi başqa bir şeyə yönəltməyi təklif edirəm. Baxın, məhz bu mətnlə, sülhün bərqərar olması ilə Ermənistan böyük və dərin bataqlıqdan çıxacaq, oradan çıxmasaq, boğularaq basdırılacağıq”.
“Burada “biz beşi, siz isə dördü güzəştə getdiniz” demək düzgün olmazdı”, - Mirzoyan bildirib.