İsrail Qəzzada atəşkəs başlayandan bəri hər gün üç fələstinlini öldürür. AFN.az xəbər verir ki, bu barədə “Euro-Med Human Rights Monitor” hüquq müdafiə təşkilatı məlumatına istinadən Qətərin “Əl-Cəzirə” telekanalı bildirib."İsrail qüvvələri atəşkəs razılaşmasına baxmayaraq, Qəzzaya hər gün hücumlarını davam etdirir və onlarla insanı öldürür. Yanvarın 19-da atəşkəs razılaşmasının qüvvəyə mindiyi vaxtdan bəri İsrail qüvvələri hər 24 saatda orta hesabla üç nəfər olmaqla ən azı 150 fələstinlini öldürüb və daha 605 nəfəri yaralayıb. İsrail ordusunun davam edən qətliamları Qəzza zolağında fələstinli mülki şəxsləri hədəf alan snayperlər və pilotsuz təyyarələr tərəfindən həyata keçirilir. Ölümcül hücumlar çox vaxt sakinlər İsrailin zolağın şimal və şərq sərhədləri boyunca tətbiq etdiyi bufer zonası adlanan əraziyə qayıdıb öz zədələnmiş evlərinə baxış keçirməyə çalışdıqları zaman baş verir", - deyə "Euro-Med"in hesabatında bildirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta