Tayvan prezidenti Çini “düşmən qüvvə” elan edib və hərbi məhkəmələri geri qaytarıb
Tayvan rəsmi olaraq Çini “düşmən xarici güc” kimi tanıdı və genişlənmiş milli təhlükəsizlik tədbirlərini elan etdi.
“The Guardian” xəbər verir ki, bunu hakim administrasiyanın rəhbəri Lay Qinqde deyib.“Çin demokratik Tayvanın azadlığından, müxtəlifliyindən və açıqlığından istifadə edərək, şəbəkələri, medianı, şərhçiləri, siyasi partiyaları, hətta fəal və istefada olan hərbçiləri və polis zabitlərini sistemimizi içəridən parçalamaq, məhv etmək və sarsıtmağa yönəlmiş fəaliyyətlər həyata keçirmək üçün işə cəlb edir”, - deyə siyasətçi bildirib."Çinin artan təhlükəsinə" qarşı qabaqlayıcı tədbirlər olaraq, Tayvan prezidenti hərbi məhkəmə sisteminin bərpasını elan etdi, Çindən gələn turistlər və sakinlər üçün məhdudiyyətləri sərtləşdirdi və Tayvanlıların ÇXR-ə işləməsinə və ya səyahətinə nəzarəti artırdı.
Martın 8-də Tayvan Silahlı Qüvvələri adaya yaxınlaşan səkkiz hava şarını və iki Xalq Azadlıq Ordusunun təyyarəsini qeydə alıb. Onları Çin donanmasının altı gəmisi də müşayiət edirdi.
aia.az
Tərcümə şöbəsi