AZ

İran Azərbaycanla Ermənistan arasında sülh sazişinin şərtləri üzrə razılaşmanın əldə olunmasını alqışlayır - XİN

Bakı. Trend:

İran Azərbaycanla Ermənistan arasında Sülh sazişinin şərtləriüzrə razılaşmanın əldə olunmasını alqışlayır.

Trend xəbər verirki, bunu İranın XİN mətbuat katibi İsmayıl Bəqai bildirib.

O, bu razılaşmanı Cənubi Qafqazda möhkəm sabitliyə aparan yoldaatılmış vacib addım kimi dəyərləndirib.

İranlı mətbuat katibi, hər iki tərəfin dialoq və diplomatiksəylərə sadiq qalmaları hesabına yaxın zamanda regionda dayanıqlısülh və sabitliyi təmin edəcək sülh sazişinin bağlanacağına ümidvarolduğunu deyib.

Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistanarasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqındaSaziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elanedib.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsasşərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşıiddiaların aradan qaldırılması məqsədilə Ermənistanınkonstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanınuzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətəçatdırırıq.Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksionalMinsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğvolunmasının zəruriliyini vurğulayırıq.İki ölkə arasında normallaşmaprosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqudavam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.

Məqalədə:
Seçilən
38
2
az.trend.az

4Mənbələr