"Qalatasaray"da icarə əsasında çıxış edən "Napoli"nin hücumçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" "Sabah"a istinadən xəbər verir ki, "Əl-Hilal" 26 yaşlı nigeriyalı forvardın xidmətində maraqlıdır və klub nümayəndələri artıq futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanı komandası Osimhen üçün 75 milyon avroluq satın alma maddəsini ödəməyə hazırdır.
Bu mövsüm hücumçu bütün turnirlərdə 29 oyuna çıxıb, 23 qol vurub və 5 məhsuldar ötürmə edib.
"Transfermarkt" ekspertləri Osimhenin dəyərini 75 milyon avro qiymətləndirir.