1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Pakistanın Cənubi Vəziristan vilayətində cümə namazı vaxtı məsciddə partlayış törədilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.
Cənubi Vəziristan əyalətinin polis rəisi Asif Bahadar bildirib ki, partlayışın hədəfi "Camiat Ulema Islam-Fazl" siyasi partiyasının yerli lideri Abdullah Nadem olub. O, partlayış nəticəsində ciddi xəsarət alıb.
Bundan əlavə, partlayış nəticəsində xəsarət alanlar arasında iki uşağın da olduğu bildirilir.