31 mart soyqırımının növbəti ildönümü ərəfəsində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov QHT.az-a açıqlamasında bildirib ki, 31 mart soyqırımı, Qərbi Azərbaycanda ermənilərin həyata keçirdiyi ən böyük faciələrdən biridir.
O, qeyd edib ki, Azərbaycanda soyqırımların öyrənilməsi və tanıdılması prosesi ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından sonra sürətlənmişdir.
"Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır (https://e-qanun.az/framework/4684). Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir. S.Qurbanov: “Hesab edirəm ki, Azərbaycan tarixinin bu dönəmləri gənc nəsilin yaxşı öyrənməsi çox zəruridir”.