Latviyanın keçmiş müdafiə naziri Artis Pabriks kiçik və inkişaf etməkdə olan ölkələrin maraqlarının nəzərə alınacağı ədalətli dünya nizamına çağırış edib.
O, bu barədə XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
“Ədalətli və davamlı sülhə nail olmaq lazımdır, çünki fövqəldövlətlər öz güclərinə baxmayaraq, mütləq hakimiyyətə malik deyillər”, – o qeyd edib.
A.Pabriksin sözlərinə görə, kiçik dövlətlər ədalətli dünya nizamı naminə ittifaqlara qoşulmağa hazırdır.
“Böhrandan sonra siyasi mənzərə mütləq dəyişəcək və bu, qanunun aliliyinə və böyük dövlətlərin kiçik dövlətlərə hörmət etdiyi bir dünyaya əsaslanmalıdır”, – o əlavə edib.//Report