AZ

Təbriz Vətəndaşlıq İdarəsi "Xaqan" adına sənəd verməkdən 7 dəfə imtina edib

Təbriz Vətəndaşlıq İdarəsi 6 aydır ki, Yunis Mahmudinin oğlu Xaqana doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Yunis Mahmudi bəy bu barədə Balamın Adı kampaniyasına danışıb.

“Təbriz Vətəndaşlıq Qeydiyyatı İdarəsinin məsul şəxsləri Xaqanın adını qəbul etmədilər. Onlar "Hakan" da daxil olmaqla bir neçə başqa ad təklif etdilər. Sonra dedilər ki, nə fərqi var, başqa ad qoy, ancaq özünə Xaqan adını de! Mən onlara əvvəl Xaqan adlı digər şəxslərin aldıqları şəxsiyyət vəsiqələrini göstərsəm də onlar bildirdilər ki, 2006-cı ilə qədər sayt manual idi, istənilən adı qeydiyyatdan keçirmək olurdu. Ancaq indi ad sistemi hazırlanılıb və biz bu sistemdən kənar adlar qəbul edilə bilməz. Nəticə olaraq Vətəndaşlıq qeydiyyatı rəsmilərinin əsas fikri o oldu ki, "Xaqan" adı İran yox, Azərbaycan adıdır. Nəhayət, 6 ay 4 gün sürən məhkəmə prosesindən və bizim müraciətlərimizə 7 dəfə imtina verdikdən sonra Təbriz Vətəndaşlıq İdarəsi 8-ci müraciətimizdən sonra biz "Xaqan" adına doğum haqqında şəhadətnamə ala bildik." - deyə Yunis Mahmudi bəy bildirib.

Qeyd edək ki, Vətəndaşlıq Qeydiyyatı İdarələri insanların qarşısına süni əngəllər çıxarmaqla və onları get-gələ, süründürməçiliyə salmaqla ana-ataları türk adları seçməkdən çəkindirməyə çalışır.

visiontv.az



Seçilən
5
visiontv.az

1Mənbələr