AZ

Məşhur fenomen VƏFAT ETDİ - FOTO

Sosial mediada "Miss Rodeo" kimi tanınan və sevilən influenser Valeria Mireles 20 yaşında dünyasını dəyişib.

Ailə üzvləri bildiriblər ki, gənc qız bazar ertəsi günü Meksikanın şimal-şərqindəki Nuevo-Leon əyalətində yol qəzasına düşüb.

News24.az xəbər verir ki, onun ölümü ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb. Kədərli ailə "bu çətin dövrdə onların şəxsi həyatına hörmət edilməsini" xahiş edib.

Qeyd edək ki, Mireles sosial şəbəkədə kovboy həyatından görüntülər və at sürmə və çəllək yarışı videolarını paylaşaraq məşhurlaşıb. İnstaqram və TikTok-da ümumi 100.000 izləyiciyə çatmaqla o, "Meksikalı Rodeo Kraliçası" kimi tanınıb.

Günel Məlikzadə


Seçilən
10
news24.az

1Mənbələr