Mövzu ilə bağlı politoloq Aqşin Kərimov Olaylar.az-a açıqlamaslnda bildirir ki, Azərbaycan şərtlərini daha da genişləndirə bilər:
"Xarici İşlər Naziri Ceyhun Bayramov açıqlamasında dedi ki, Ermənistan sülh gündəmi ilə bağlı əvvəllər etiraz etdiyi iki maddə üzrə artıq razılığa gəlib. Həmin iki maddə iki dövlətin beynəlxalq səviyyədə bir-birinə qarşı iddialardan əl çəkməsi və Avropa İttifaqı Missiyasının regiondan çıxarılması ilə bağlı məsələlərdir. Lakin sülh gündəmi yekun bir həllə doğru razılaşmayıb. Razılığın əldə olunması o demək deyil ki, bütün detalları razılaşıb, hazırdır. Sülhlə bağlı danışıqların daha da intensivlənəcəyi gözlənilir. Bu fonda Azərbaycan şərtlərini daha da genişləndirə bilər. Gündəmdə olan məsələ Ermənistan konstitusiyanın dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun fəaliyyətinin hüquqi olaraq ləğv edilməsinə nail olmaqdır. Ermənistan bu tələblə razılaşmalıdır. Əks halda Azərbaycan diplomatik hücumlarını artıraraq öz məqsədlərinə nail olacaq. Bu potensiala da malikdir. Təbii ki, diplomatiya öz nəticəsini verməkdikdə müəyyən güc tətbiqi ssenariləri gündəmə gəlir ki, bunu da Ermənistan yaxşı anlayır. Sülh gündəmi ilə daha konkstruktiv mövqeyə əsaslanan bir niyyət işi görülsə də, açıqlanmayan məsələlər də var. Bu məsələlər üzrə razılığa gəlinməsi üçün də müəyyən addımlar atılacaq. Həmin addımların nəticəsindən asılı olaraq Azərbaycan qərarlar verəcək və hənin qərarların regional və beynəlxalq səviyyədə hansı reaksiyalar doğuracağını hesablanacaq".
Zeynəb Mustafazadə