AZ

Bu il Azərbaycanda elektrik enerjisi istehsalı 4%-ə yaxın artıb

Bakı. Trend:

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda elektrikenerjisinin istehsalı 4,86 milyard kilovatt-saat (kVt·st) olub.

Trend bubarədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə3,8% və ya 178 milyon kVt·st çoxdur.

Belə ki, ötən ilin yanvar-fevral ayları ərzində Azərbaycandaelektrik enerjisinin istehsalı 4,68 milyard kVt·st təşkil edib.

Qeyd edək ki, bu müddət ərzində İES-lərdə 4,35 milyard kVt·st,SES-lərdə 4,11 milyard kVt·st, digər mənbələr üzrə isə 98,8 milyonkVt·st, o cümlədən külək elektrik stansiyalarında 5,8 milyonkVt·st, günəş elektrik stansiyalarında 54,9 milyon kVt·st, BərkMəişət Tullantılarının Yandırılması Zavodunda isə 38,1 milyonkVt·st elektrik enerjisi istehsal edilib.

Seçilən
1
az.trend.az

1Mənbələr