AZ

Portuqaliya Trampa görə F-35 almaqdan imtina edir

Portuqaliyanın müdafiə naziri Nuno Melo ölkəsinin F-16-ları əvəz etmək üçün Amerika F-35 qırıcıları almaq planlarından imtina etdiyini bildirib. Onun sözlərinə görə, bu qərar ABŞ prezidenti Donald Trampın siyasəti nəticəsində qəbul edilib.

Herbiand.az bildirir ki, bu barədə Politico nəşri xəbər verib.

Qeyd olunub ki, Portuqaliya Hərbi Hava Qüvvələrinə Lockheed Martin F-35-i almağı tövsiyə ediblər. Bununla belə, Melo yerli jurnalistlərə bildirib ki, ölkə bu tövsiyəyə əməl etməyəcək.

“Biz öz seçimlərimizi edərkən geosiyasi mühiti nəzərə almaya bilmərik. ABŞ-ın NATO kontekstində son mövqeyi bizi ən yaxşı variantlar üzərində düşünməyə vadar etməlidir. Çünki müttəfiqlərimizin proqnozlaşdırıla bilməsi nəzərə alınmalı olan böyük üstünlükdür”, - müdafiə naziri deyib.

Nəşr xatırladıb ki, Tramp Qrenlandiyanın ilhaqından danışmağa davam edir və müttəfiqlərini tariflərlə hədələyir. Həmçinin ABŞ-ın proqram təminatı yeniləmələrinə girişi bloklayacağı və qırıcıları üçün ehtiyat hissələrinin verilməsini dayandıracağı ehtimalı da var. Bu səbəbdən müttəfiqlər F-35-in artıq tam işlək olmayacağından qorxurlar.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
21
herbiand.az

1Mənbələr