Bakı. Trend:
Avropa və Avropa İttifaqı ABŞ administrasiyası ilə konstruktivvə strateji əməkdaşlığı davam etdirməlidir.
Trend-inməlumatına görə, bunu Bolqarıstanın xarici işlər naziri GeorqGeorqiyev XII Qlobal Bakı Forumu çərçivəsində çıxışı zamanıbildirib.
“Avropa və Avropa İttifaqı ABŞ administrasiyası ilə konstruktivvə strateji əməkdaşlığı davam etdirməlidir. Əgər biz, həqiqətən,ümumi məqsədə - BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinəuyğun olaraq Ukraynada hərtərəfli, ədalətli və uzunmüddətli sülhə -nail olmaq istəyiriksə, bu, siyasi zərurətdir”, - deyə nazir qeydedib.
Georqiyev vurğulayıb ki, ümumi dəyərlər və sülhə can atmaqəsasında qurulan möhkəm tərəfdaşlıq beynəlxalq münasibətlərdəhəlledici rol oynayır.
“İkinci Dünya Müharibəsindən sonra sülh, sabitlik və rifahıntəmin olunmasında həlledici rol oynamış Avropa İttifaqı və ABŞarasındakı strateji tərəfdaşlıq, bu gün hər zamankından daha böyükönəm kəsb edir”, - deyə o əlavə edib.