AZ

Feliş ''Milan''a da lazım olmadı

Son illərdə Avropa futbolunda bəlkə də ən çox klub dəyişdirən futbolçu olan Joao Feliş ilə bağlı növbəti xəbər yayılıb.

''Football-plus.az'' xəbər verir ki, portuqaliyalı ulduz ''Milan''ın da gələcək planlarına daxil deyil. 25 yaşlı futbolçu bu mövsümə ''Çelsi''də başlamış və qış transfer dönəmində icarə əsasında ''Milan''a keçmişdi.

Amma ''Qazetto dello Sport''un xəbərinə görə İtaliya nəhənginin rəhbərliyi həm Felişdən, həm də onu kluba gətirən baş məşqçi Serjio Konseysaodan narazıdı. Portuqaliyalı mütəxəssis ilə mövsümün sonunda birmənalı olaraq yollar ayrılacaq. Ona görə də Felişin də klubda qalmaq perspektivi demək olar, sıfıra bərabərdi.

Fevralın 3-də ''Milan''a keçidi rəsmən açıqlanan Feliş indiyə qədər bu klubda iştirak etdiyi 9 rəsmi oyunda aktivinə yalnız 1 qol və 1 məhsuldar ötürmə yaza bilib. 2019-cu ildə 127 milyon avroya ''Atletiko''ya transfer olunan və bu klubda 4 mövsüm keçirən istedadlı futbolçu Madriddən ayrıldıqdan sonra heç cür özünə uyğun klub tapa bilmir.

İndiki transfer dəyəri 30 milyon avro olan Felişin ''Çelsi'' ilə 2031-ci ilə qədər müqaviləsi var.

ƏLİ

Seçilən
5
football-plus.az

1Mənbələr