AZ

30 günlük atəşkəs zamanı Ukraynada hərbi vəziyyət ləğv ediləcəkmi? - Zelenskinin ofisindən AÇIQLAMA

"30 günlük atəşkəs əldə olunarsa, Ukraynada hərbi vəziyyət ləğv edilməyəcək, həmçinin seçki də hələ keçirilməyəcək".

Oxu.Az-ın xəbərinə görə, bu sözləri Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində deyib.

"Hərbi vəziyyətin ləğvi və təhlükəsizlik prosedurlarının qısa müddətdə həyata keçirilməsi mümkün deyil", - deyə o qeyd edib.

Podolyak əlavə edib ki, Ukrayna atəşkəs çərçivəsində döyüş əməliyyatları aparmaq qabiliyyətini saxlamalıdır.

Bundan əlavə, o hesab edir ki, 30 günlük atəşkəs dövründə Ukraynada seçkinin keçirilməsi qeyri-mümkün olacaq. Podolyak Ukraynada seçki prosesinə başlamaq üçün davamlı sülhün əldə edilməsinin vacibliyinə toxunub.

Mənbə: oxu.az

Seçilən
4
oxu.az

1Mənbələr