AZ

Müxalifət razılaşmanı kapituliyasiya adlandırdı - Sarkisyanın partiyası bəyant yayıb

Ermənistanın üçüncü prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə yekunlaşan danışıqları “birtərəfli anti-dövlət güzəştləri və ikili kapitulyasiya” kimi qiymətləndirib.

Partiyaının icra orqanı bu gün yaydığı bəyanatda “Nikol Paşinyanın erməni xalqı adından belə sazişləri imzalamaq mandatı və legitimliyinə malik deyil” iddiası ilə sazişin yekun mətninin dərhal dərc olunmasını tələb edib.

Serj Sarkisyanın rəhbərlik etdiyi partiya beynəlxalq vasitəçilərin və beynəlxalq təhlükəsizlik təminatlarının olmadığı sənədi qəbuledilməz hesab edir.

Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbinə toxunan Respublika Partiyası bildirib ki, xarici təzyiq altında həyata keçirilən hazırkı Konstitusiyaya düzəlişi qəbuledilməz hesab edir .

Müxalifət Bakının ATƏT-in Minsk Qrupunun buraxılması tələbini təhlükəli hesab edir və beynəlxalq məhkəmələrdə iddialardan imtina etməsini “Azərbaycanın növbəti ultimatumunu Ermənistan hakimiyyətinin itaətkarlıqla yerinə yetirməsi” kimi qiymətləndirir.

“Müəyyən xarici qüvvələrin marionetası olan Nikol Paşinyanın hakimiyyətinin hər günü Ermənistanın dövlətçiliyini və suverenliyini təhlükə altına qoyur”, - Partiyanın bəyanatında deyilir.

“AzPolitika.info”

Seçilən
1
azpolitika.info

1Mənbələr