AZ

Qarabağ Universitetində elm və ali təhsil ictimaiyyəti üçün infosessiyalar keçiriləcək

Bakı, 14 mart, AZƏRTAC

Martın 18-19-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Qarabağ Universitetində elm və ali təhsil ictimaiyyəti üçün infosessiyalar keçiriləcək.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə iki istiqamət üzrə təqdimat aparılacaq.

Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin əməkdaşları Nərminə Abdullayeva və Ülviyyə Gözəli “Scopus”, “Science Direct” məlumat bazalarından səmərəli istifadə strategiyaları və “Scopus AI” süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı mövzusunda təqdimatla çıxış edəcəklər. Agentliyin Xaricdə təhsil sektorunun əməkdaşı Həcər Kəlbiyeva isə elm və ali təhsilin beynəlmiləlləşməsi və beynəlxalq əməkdaşlıq imkanları barədə iştirakçıları məlumatlandıracaq.

Qarabağ və ətraf ərazilərdən elm və təhsil ictimaiyyətindən olan şəxslər info-sessiyalarda iştirak üçün qeydiyyatdan keçə bilərlər.

Seçilən
15
2
azertag.az

4Mənbələr