AZ

Sərxoş sərnişin təyyarənin marşrutunu DƏYİŞDİ

İngiltərədən Misirə uçan sərxoş sərnişin təyyarənin Afinaya enməyə məcbur edilməsinə səbəb olub.

"Wizz Air" şirkətinə məxsus təyyarə Qatvikdən Qırmızı dənizin kurort şəhəri Hurqadaya qalxdıqdan iki saat sonra təyyarədə problemlər yaranmağa başlayıb.

News24.az xəbər verir ki,  iddiaya görə, adı açıqlanmayan qadın uçuş zamanı ailəsi ilə içki içib.

Təyyarədə başqa bir sərnişinlə yerini dəyişən qadının daha sonra qəzəbli davranış nümayiş etdirdiyi və ondan sakitləşməsini istəyən uçuş heyətini söydüyü bildirilir.

Günel Məlikzadə


Seçilən
6
news24.az

1Mənbələr