AZ

Şəhidin həyat yoldaşı BDU-da işlə təmin olundu

Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva Bakı Dövlət Universitetində (BDU) işlə təmin olunub.

"Unikal" xəbər verir ki, Nigar Ağamalıyeva BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasında laborant vəzifəsində işə başlayıb. O, həm də BDU-nun Filologiya fakültəsində qiyabi təhsil alır, hazırda II  kurs tələbəsidir.

Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Nail Orucov Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub.

 

Seçilən
11
unikal.az

1Mənbələr