
Polşada Milli Kardiologiya İnstitutunun araşdırmasına görə, evli kişilərin subaylara nisbətən 3,2 dəfə daha çox piylənməyə meyilli olduğu müəyyən edilib. Lakin qadınlarda bu cür dəyişiklik müşahidə olunmayıb.

E-saglam.az xəbər verir ki, orta yaşı 50 olan 2405 nəfər üzərində aparılan tədqiqat evlilik, bədən çəkisi, psixi sağlamlıq və həyat tərzi arasındakı əlaqəni araşdırıb. Məlum olub ki, evlilik kişilərdə piylənmə riskini 62 faiz artırır, qadınlarda isə bu göstərici 39 faizdir. Bununla belə, evlilik qadınların çəki artımına ciddi təsir etməsə də, depressiya piylənmə riskini iki dəfə artırıb.
Mütəxəssislər bildirir ki, kişilərdə çəki artımının əsas səbəbləri sosial qidalanma vərdişləri, iri porsiyalar və fiziki aktivliyin azalmasıdır. Qadınlar isə cəmiyyətdən qaynaqlanan gözləntilərə görə bədən çəkilərini daha çox nəzarətdə saxlayırlar.
Tərcümə: Könül Oruc