AZ

Ramiyə Məmmədova: “Qərbin dəstəyi ilə silahlanan Ermənistan müharibəyə sürüklənir” – ÖZƏL

Prezident İlham Əliyev Forumda çıxışı zamanı Ermənistanın sülh ritorikasının reallıqla ziddiyyət təşkil etdiyini bildirib. O qeyd edib ki, Ermənistan diplomatik və hərbi cəbhədə Azərbaycana qarşı addımlar atmağa davam edir. Avropa Parlamenti, Belçika və İsveçrə parlamentlərində qəbul edilən sənədlər bunu sübut edir. Eyni zamanda, Ermənistanın sürətli silahlanması sülh prosesinə sadiqliyi ilə bağlı suallar yaradır. Prezident İlham Əliyev vurğulayıb ki, bu siyasət sülhə yox, yeni müharibəyə hazırlığa xidmət edir. 

"Prezidentin toxunduğu məqamların hər biri onu deyir ki, əslində bugünkü gündə Ermənistanın sülh müqaviləsinə getməməsi və sülh müqaviləsindəki şərtləri qəbul etməməsinin səbəbləri həm Ermənistanın özündən, həm də onun havadarlarının tərəfindən qaynaqlanır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova bildirib. Siyasi şərhçi əlavə edib ki, Ermənistan Qərbin sifarişlərini yerinə yetirərək qonşularıyla münasibətlərini gərginləşdirir və regionda lokal müharibə riskini artırır:

"Ermənistan ona verilən sözləri, Qərb tərəfindən ona verilən sifarişləri yerinə yetirir. Ermənistan bugünkü gündə geopolitik baxımdan özünün müsbəti ilə mənfisini əslində oxuya bilmir. Çünki Ermənistan Qafqaz regionunda yerləşir və Qafqaz regionunda yerləşən dövlətlərin arasında Azərbaycan, Türkiyə, Rusiya, eyni zamanda İran və Gürcüstandır. İranı nəzərə almasaq, bugünkü gündə Ermənistan heç bir qonşusu ilə normal səviyyədə münasibəti olmayan bir dövlət və bir monodövlətin düşmənlər arasında yaşaması böyük bir problemdir. 
Qərb Ermənistana verdiyi yardımlarla lokal müharibələrin yaranmasına sövq edir. Ermənistan vəziyyəti anlamalıdır ki, burada Türkiyə və Azərbaycan faktoru böyük rol oynayır, yəni bu dövlətin sonra tamamilə yoxa çıxması məsələsi var. 
Baxmayaraq ki, Ermənistan hər zaman Rusiyanın fotopostu olub. Ancaq son dövrlərdə Rusiyaya qarşı elədiyi ziddiyyətlərdə, münasibətlərdə o qədər çirkinliklər yaradıb ki, Ermənistanın getdikcə Rusiyadan da qopmasına az bir zaman qalıb".

Ramiyə Məmmədova qeyd edib ki, Qərbin dəstəyi ilə silahlanan Ermənistan müharibəyə sürüklənir, Azərbaycan isə güclənərək strateji tərəfdaşları ilə təhlükəsizliyini möhkəmləndirir.

"Qərbin etdiyi bütün həmlələr əslində necə ki, Ukraynanı savaşı gətirib, iki eyni millətin bir-birinə qırdırılmasına gətirib çıxardıblarsa bugünkü gündə Ermənistanı da eyni bir səviyyəyə gətirib çıxardılar ki, öz yaxın qonşuları ilə müharibə vəziyyətinə keçsin və bu, dövlətin yox olmasına gətirib çıxarır. Ukrayna simasında biz görürük ki, bugünkü gündə Qərbin elədiyi hərəkətlər və eyni ilə bugünkü gündə Ermənistan guya özünə bir rəva bilir və bu müqavilənin uzadılmasını silahlanmağa və gələcəkdə Azərbaycana qarşı yenidən bir lokal müharibəyə başlamağa və torpaqların geri alınması üçün guya ki, strategiya qurur. Ancaq bilirik ki, Ermənistanın və Qərbin onlara verdiyi dəstəklərə bu İsveçrə, Avropa Birliyi, Avropa Parlamenti, Belçika olsun, fərqi yoxdur. Bunların hər birinin məqsədi Ermənistanı silahlandırmaq və Ermənistanı yenidən bir müharibəyə sövq etməkdir. Azərbaycan dövləti də, təbii ki, bu məsələdə getdikcə daha da gücünü artırır, genişləndirir.
Azərbaycan Türkiyə və Rusiya ilə bağladığı sazişlərdən başqa yeni bir sazişlər də imzalayacaq. Yəni yaxın olan dövlətlərlə münasibətlərində özünə bir sığorta qazanacaq və bu da gətirib ona çıxaracaq ki, həm Azərbaycanın güclənməsi baş verəcək, Azərbaycan daha da gücləndirəcək. Həm də təbii ki, artıq Ermənistanın atacağı addımlara qarşı çox ciddi, Qarabağ müharibəsindən də ötə addımlar atılacaq və ciddi səylər göstəriləcək".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr