"Cənab Baş nazir, yeni fikirlərə, ideyalara, fərqli təkliflərə daima ehtiyac var. Bunun üçün də Sizdən ölkəmizdə fəaliyyət göstərən iqtisadçı alimləri, mütəxəssisləri, maliyyəçiləri, sabiq hökumət üzvlərini və nazirləri, bu sahədə fəaliyyət göstərən digər şəxsləri dəyirmi masa formatında qəbul edib dinləməyinizi xahiş edirəm".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Özünü də o tərkibdə görmək istədiyini vurğulayan deputat bildirib ki, onların bir çoxu ilə görüşlərdə normal və xeyli mütərəqqi təkliflərinin olduğunu görüb:
"İnanıram ki, onların təklif və tövsiyələri də hökumətin həyata keçirdiyi sosial-iqtisadi siyasətə əhəmiyyətli dərəcədə töhfə vermiş olardı. Ümid edirəm ki, bu təklifi dəyərləndirəcəksiniz".
Mina Mikayılova