AZ

Azərbaycanda neft qaz şirkətlərinə yeni rəhbər təyin edilib

Dövlət Neft Şirkəti (SOCAR) və hökumətin birgə payı olduğu şirkətləri “SGC Upstream” Məhdud Məsuliyyətli Cəmiyyəti və “SGC Midstream” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilib.

Banker.az xəbər verir ki, Kamran Niftəliyev Mehman oğlu adıçəkilən hər iki şirkətin direktoru təyin edilib.

Buna qədər qeyd edilən vəzifədə Əli Kərimli Ramiz oğlu idi.

Kamran Niftəliyev 2018-ci ildən “Cənub Qaz Dəhlizi” QSC-nin strukturunda olan şirkətlərə təyinat alıb. Bundan öncə “Kapital Bank” ASC-də çalışıb.

Xatırladaq ki, “SGC Upstream” MMC və “SGC Midstream” MMC 2014-cü ildə təsis edilib və hər birinin 1000 manat nizamnamə kapitalı var.

Seçilən
7
banker.az

1Mənbələr