AZ

Samuxda avtomobil ağaca çırpıldı: xəsarət alan var

Samuxda sürücü idarəetməni itirərək, avtomobili ağaca çırpıb.

Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Kür yolu adlanan ərazidə baş verib.

Belə ki, Göygöl rayon sakini 29 yaşlı R. Bayramov idarə etdiyi "Opel" markalı avtomobilin idarə etməsini itirib.

Nəticədə maşın ağaca çırpılıb. Sürücü isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Seçilən
4
avtosfer.az

1Mənbələr