Amerika Hava Yollarına məxsus sərnişin təyyarəsi ABŞ-də hava limanında olarkən qəfil alovlanıb və sərnişinlər təxliyə edilib.
"Cebheinfo.az" xəbər verir ki, Denver Beynəlxalq Hava Limanında sərnişin təyyarəsi qəfildən alovlanıb və narahatlıq doğurub.
Səlahiyyətlilər tərəfindən edilən açıqlamada hadisə nəticəsində xəsarət alan olmadığı və sərnişinlərin təhlükəsiz şəkildə təxliyə edildiyi bildirilib.
Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.
Sosial mediada paylaşılan videolarda “American Airlines” təyyarəsindən tüstü qalxdığı və yanğının söndürülməsi işlərinin davam etdiyi görünür.