''Fənərbaxça'' ilə bağlı Türkiyə mətbuatında sürpriz transfer xəbəri yayılıb.
''Football-plus.az'' xəbər verir ki, bu mövsüm şans qazanmaqda çətinlik çəkən və Yussef Ən-Nəsiri ilə Edin Cekonun kölgəsində qalan Cenk Tosun İstanbul nəhəngindən ayrılmaq üzrədi. Bu məlumatı ''Fanatik'' nəşri yayıb.
Belə ki, Yaponiya təmsilçisi ''Urava Red Daymonds'' həm təcrübəli futbolçunun özü, həm də ''Fənərbaxça'' ilə anlaşma əldə edib. Hazırda lazımi prosedurlar və Cenkin Yaponiyada oynaması üçün tələb olunan işçi vizası məsələsi yoluna qoyulmaq üzrədi. Bu proses bitdikdən sonra transfer rəsmən açıqlanacaq. Keçidin digər detalları daha sonra bəlli olacaq.
Qeyd edək ki, mövsümün əvvəlində ''Beşiktaş''dan ayrılaraq azad agent statusunda ''Fənər''ə gələn 33 yaşlı Tosun indiyə qədər ''sarı-lacivərdlilər''in heyətində 17 rəsmi oyunda cəmi 283 dəqiqə oynamaq şansı qazanıb və aktivinə 2 qol, 1 məhsuldar ötürmə yaza bilib.
''Urava Red Daymonds'' öz ölkəsində 2006-dan bu yana çempion ola bilməsə də, 2022-də Asiya Çempionlar Liqasının qazanması ilə diqqət çəkib.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta