“Atletiko” klubu “Roma”nın hücumçusu Paulo Dibalanı hədəfə alıb.
İdmanxeber.az-ın məlumatına görə, Antuan Qrizmannın yayda MLS-ə transfer oluna biləcəyini nəzərə alan rəhbərlik argentinalı oyunçunun xidmətində maraqlıdır. Dibalanın İspaniyada oynamağa müsbət yanaşdığı bildirilir.
Tərəflər arasında hələlik danışıqlar start götürməyi. Transferin yayda reallaşmaq ehtimalı var.