AZ

Zahid Orucdan MTK-lara SƏRT TƏNQİD: “Vətəndaşları ömürlük kirayəçiyə çeviriblər”

“Hesabat zamanı kommunal tariflərdən bəhs olunarkən, bir məqam həmişə unudulur. Əlbəttə, mənzil fondunun yenilənməsi alqışa layiqdir. Lakin bəzi tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər”. 

Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Zahid Oruc Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən deyib.
 

Deputat bildirib ki, Qanuna  görə, tikilən binalar istismara qəbul olunur, çıxarışlar alınır, sonra 6 ay ərzində Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmalı və rəsmən qeydiyyatdan keçərək binanların idarə etmə strukturu və ödənişlərin miqdarı müəyyənləşməlidir:


“İndi elə şəhərciklər var ki, aylıq tariflər 1 kvadrat metrə görə  1 manata yaxındır, əvəzində MTK-ların öhəliklərinə tələb və meyarlar yoxdur”.

Günay Şahmar, Bizim.Media

Seçilən
27
15
bizim.media

10Mənbələr