AZ

“Putin Trampa siqnal göndərib” - Peskov Putin-Uitkoff görüşündən danışdı

Rusiya ABŞ-dən Ukrayna ilə bağlı əlavə məlumatlar alıb. Vladimir Putin Amerikanın xüsusi nümayəndəsi Stiv Uitkoff vasitəsilə Trampa əlavə siqnallar göndərib.

“AzPolitika” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“O, (Uitkoff) dünən burada idi və dünən axşam gec saatlarda onu prezident Putin qəbul edib. Rusiya tərəfinə əlavə məlumat verilib. Həm də, əslində, Putin Uitkoff vasitəsilə Prezident Trampa məlumat və əlavə siqnallar ötürüb” - deyə, Peskov bildirib.

Peskov əlavə edib ki, Rusiya və ABŞ prezidentlərinin danışıq vaxtı hələ müəyyən edilməyib. Bu tarix Uitkoff Trampa Putinlə görüş barədə hesabat verdikdən sonra təyin olunacaq. Onun dediyinə görə, hər iki tərəfdə belə bir söhbətin zəruri olduğu anlayışı var.

“AzPolitika.info”

Seçilən
8
azpolitika.info

1Mənbələr