AZ

HƏMAS və İsrail arasında atəşkəs martın sonuna qədər uzadıla bilər

Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı və İsrail arasında atəşkəs rejimi martın 29-da başa çatacaq Ramazan ayının sonuna qədər uzadıla bilər.

News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə “As-Sumaria” telekanalı məlumat yayıb.

Bu təklif ABŞ tərəfinin yenilənmiş planında yer alır. Planı Qətərdə Fələstin anklavındakı vəziyyətin nizamlanması üzrə məsləhətləşmələrdə ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoff təqdim edib.

Mənbələrin məlumatına görə, Uitkoffun yeni təşəbbüsünə əsasən, atəşkəs ən azı iki həftə, Ramazan ayının sonuna qədər uzadıla bilər. Bununla yanaşı, atəşkəs rejiminin ilk günündə HƏMAS "ən azı beş sağ qalan girov"u azad etməli və "ən azı doqquz israilli girovun meyiti"ni təhvil verməlidir. Uitkoffun təklifinə əsasən, həmin dövrdə Qəzzaya humanitar yardımın çatdırılması bərpa olunacaq. Daha əvvəl ABŞ tərəfi təxminən 10 sağ qalan girovun azad edilməsi və ən azı 18 meyitin təhvil verilməsində israr edirdi.


Seçilən
1
1
news365.az

2Mənbələr