Bakı. Trend:
“Texnofest”ə heç bir inzibati qərar olmadan 100 minlərlə gəncqatıldı. Deməli, səlcuq bayraqdarlar millətimizin içərisində var.Yetər ki, startaplara meydan verilsin.
Trend xəbərverir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədriZahid Oruc bu gün keçirilən plenar iclasda Nazirlər Kabinetinin2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanıçıxışında deyib.
Millət vəkili bildirib ki, Elm Fondunun vəsaitləri 2010-cuildəki 7 milyondan, ötən ilki 3 milyona qədər azalıb, üstəlik,illərdir yarısı geri qayıdır.
“Halbuki yüzlərlə gənc rəqəmsal biliklərə malikdir və pilotsuzAkınçıları-Əkinçiləri özləri yarada bilərlər. Biz iqtisadi, siyasisuverenliyi qazanmışıq, texnoloji suverenlik də hədəfimizolmalıdır.
İki tədqiqat əsaslı universitet yaradılmasına dair fərmanınvaxtı 2026-cı ildə başa çatır. OCED ölkələrində əhalinin 1000nəfərinə düşən alim və tədqiqatçıların sayı 10-dan yuxarıda olduqdaölkə inkişaf etmiş sayılır.
Hökumət ixtisaslı kadrları haradan alır? Qarabağdan sonra ənböyük milli hədəfimiz peşəkar kadr məsələsi ola bilər. ABŞ-dəyaradılan Hökumətin Effektivliyi Departamenti inqilabi qərarları -kütləvi ixtisarları, işçilərin hər həftə hesabat verməsini vəbürokratik sistemi zəiflətməyi ona görə bacarır ki, əmək bazarındatəklif tələbi 3 dəfə üstələyir. Lakin ölkəmizdə ixtisaslı kadrlaraehtiyac neft hasilatının azalması və birjalarda dəyişən enerjiqiymətlərini kompensə edə biləcək yeganə resurs ola bilər”, - deyəkomitə sədri qeyd edib.