NBA-da növbəti matçlar keçirilib.
Apasport.az xəbər verir ki, "Qolden Steyt Uorriors" “Sakramento Kinqs”lə qarşılaşıb.
Görüş meydan sahiblərinin 130:104 hesablı qələbəsi ilə başa çatıb.
“Qolden Steyt”in ulduz basketbolçusu Stefan Körri üçün bu matç əlamətdar olub.
O, karyerası ərzində üçlük atışlardan 4000-ci dəfə fərqlənib. Bu NBA tarixində rekord göstəricidir.
Qeyd edək ki, 37 yaşlı oyunçu 2009-cu ildən “Qolden Steyt”in heyətində iştirak edir.
Daviti Çivçivadze: “Oyuna tam nəzarət edirdik”
Halil Atlı: “Bu qələbəni Gəncəyə ərməğan edirik”
“Neftçi” Azərbaycan kubokunun yarımfinalında
Azərbaycan kuboku: “Gəncə” yarımfinalda
Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq